REGİONLAR


Qubada keçirilən mədəniyyət festivalında ahıska türklərinin adət-ənənələri nümayiş etdirilib

A+ A

Quba, 14 noyabr, Elxan Yusifli, AZƏRTAC

Qubada ahıska türklərinin mədəniyyət festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Bir günəşin zərrəsiyik - multikulturalizmin Quba modeli” adlı layihə çərçivəsində keçirilən tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə bildirilib ki, Quba rayonunun Qaraçay kəndində yaşayan ahıska türklərinin iştirakı ilə keçirilən mədəniyyət festivalının əsas məqsədi Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi çərçivəsində təşkil olunan layihələrə dəstək verməkdir. Layihə Qubada yaşayan azsaylı xalqların və etnik qrupların mədəniyyətinin, incəsənətinin, mətbəxinin gənc nəslə təbliğ edilməsində mühüm əhəmiyyət daşıyır.

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Quba rayon Təhsil Şöbəsinin əməkdaşı Mehparə Rüstəmova, ahıska türklərinin “Vətən” cəmiyyətinin Quba rayon nümayəndəsi Səlimcan Rizmanov, Qaraçay kənd tam orta məktəbinin direktoru Səlimə Nəcəfova çıxış edərək layihəyə dəstək verdiyinə görə Gənclər Fonduna təşəkkürlərini bildirib, belə layihələrin təşkilinin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, ahıska türkləri tarix boyu sürgünlərə məruz qalıb, uzun illər qaçqın, köçkün həyatı yaşayıblar. Azərbaycana sığınmaqla onlar özlərinə doğma bir vətən ocağı tapıblar.

Tədbirdə ahıska türklərinə məxsus mətbəx nümunələri sərgilənib, istedadlı gənclərin ifasında müxtəlif incəsənət nümunələrindən ibarət konsert proqramı təşkil edilib.

Dekabr ayına qədər davam edəcək layihə çərçivəsində Quba rayonunun Məckə-Xacə kəndində tat etnik qrupunun, Qırmızı qəsəbədə isə dağ yəhudilərinin festivalları keçirilib. Yaxın günlərdə isə rayonun Hacıqayıb kəndində ləzgilərin mədəniyyət və incəsənət festivallarının təşkil edilməsi nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.