REGİONLAR


Qubada keçirilən vətəndaş qəbulunda qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub VİDEO

A+ A

Quba, 15 iyul, Elxan Yusifli, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

AZƏRTAC xəbər verir ki, iyulun 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Quba şəhərindəki Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan vətəndaşları qəbul edərək onların müraciət və təkliflərini dinləyib.

Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıdan olan vətəndaşların qəbulu zamanı əsasən, qadın və uşaq hüquqlarının müdafiəsi, erkən nikahların və məişət zorakılığının qarşısının alınması, alimentlərin ödənilməsindəki çətinliklər, xəstə və əlil uşaqların müalicəsi, uşaqların övladlığa verilməsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı müraciətlər edilib.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi araşdırılaraq yerindəcə həll olunub. Komitənin səlahiyyətlərinə aid olmayan, eləcə də şəxsi xarakter daşıyan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydə alınaraq nəzarətə götürülüb.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə bu cür qəbulların keçirilməsindən razılıq edərək, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbulda sonra Dövlət Komitəsinin sədri Hicran Hüseynova rayonun fəal qadınları ilə görüşüb. Yığıncaqda Quba rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.