CƏMİYYƏT


Qubada perinatologiyanın aktual məsələləri ilə bağlı regionlararası konfrans təşkil olunub

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Respublika Perinatal Mərkəzi tərəfindən Qubada ilk dəfə olaraq regionlararası konfrans təşkil olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mamalığın, perinatologiya və neonatologiyanın aktual məsələlərinə həsr olunmuş konfransda Quba Rayon Perinatal Mərkəzin, Şabran, Xaçmaz, Siyəzən və Xudat xəstəxanalarının doğum şöbələrindən 21 ginekoloq, 30 neonatoloq və tibb bacısı iştirak edib.

İki bölmədə keçirilmiş konfransda antenatal və doğuşayardım tibb xidmətinin yaxşılaşdırılması ilə bağlı məruzələr dinlənilib və müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.