REGİONLAR


Qubada şimal rayonlarının müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılır [YENİLƏNİB] VİDEO

A+ A

Quba, 21 noyabr, Elxan Yusifli, AZƏRTAC

Noyabrın 21-də Qubada dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan və 3 gün davam edəcək qiymətləndirmədə Quba ilə yanaşı Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumtəhsil müəssisələrində çalışan 6 minədək müəllim iştirak edəcək. Eyni zamanda, ötən il Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən müəllimlər də bu imtahanlara cəlb olunublar.

Kompleksin idman zalında 500 nəfərin imtahan verməsi üçün lazımi şərait yaradılıb.

Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov AZƏRTAC-a müsahibəsində bildirib ki, diaqnostik qiymətləndirmə imtahanları elektron proqram təminatı vasitəsilə həyata keçirilir. Müəllimlər sualları cavablandırarkən seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, imtahanın vaxtını monitorda izləmək, ekrandakı elektron kalkulyatordan istifadə etmək imkanları var.

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanları 90 dəqiqə ərzində aparılır. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı təqdim edilib. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir.

Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab verən müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar. Keçid balını toplamayan, eləcə də aşağı bal toplayan müəllimlər növbəti diaqnostik qiymətləndirmə imtahanlarında iştirak edə biləcəklər.

Ölkənin 26 şəhər və rayonunda keçiriləcək diaqnostik qiymətləndirmə cari ilin dekabr ayının sonunadək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.