REGİONLAR


Qubada traktorla yük maşınının toqquşması nəticəsində bir nəfər xəsarət alıb VİDEO

A+ A

Quba, 23 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Sentyabrın 23-ü səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Paşa Oba kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Paşaoba kənd sakini, 36 yaşlı İsgəndərov Gülayəddin Ağarəhim oğlunun idarə etdiyi 10 U 390 nömrə nişanlı traktorla, 10 RF 725 dövlət nömrə nişanlı “DAF” markalı yük maşını toqquşub.

Hadisə nəticəsində traktorun sürücüsü Gülayəddin İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya döş qəfəsinin əzilməsi, sağ qulaq seyvanın əzilmiş-cırılmış yaraları, bədənin çoxsaylı sıyrıntıları diaqnozu qoyulub. Yaralıya müvafiq tibbi yardım göstərilib.

Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.