İDMAN


Qubada yeniyetmələr arasında taekvondo üzrə “Koreya səfiri kuboku” yarışı keçiriləcək

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC 

Oktyabrın 1-2-də Qubada yeniyetmələr arasında taekvondo üzrə növbəti “Koreya səfiri kuboku” yarışı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Koreya Respublikasının ölkəmizdəki səfirliyi və Azərbaycan Taekvondo Federasiyasının (ATF) dəstəyi ilə təşkil ediləcək yarışda respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin 2003-2005-ci il təvəllüdlü yeniyetmə idmançıları dayanq üzərinə çıxacaq.

Qalib taekvondoçular ATF və Koreya səfirliyinin təsis etdiyi diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

Yarış Qubadakı Olimpiya İdman Kompleksində “Daedo İnternational” taekvondo sistemi ilə keçiriləcək və video təkrar tətbiq olunacaq.

Yarışların açılış mərasimi oktyabrın 2-də keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.