REGİONLAR
Qubada zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib VİDEO
Quba, 28 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 28-də Quba rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə Bakı-Quba yolunun Quba rayonu Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Xaçmaz rayon sakini Ayaz Xankişiyevin idarə etdiyi "VAZ-21099" markalı avtomobil Bakı şəhər sakini Afiq Abdullayevin idarə etdiyi “İveco” markalı yük maşınına çırpılıb. Bunun ardınca minik avtomobili Quba sakini Kamal Həsənovun idarə etdiyi "Volkswagen" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-21099" markalı avtomobilin sürücüsü Ayaz Xankişiyev və sərnişin 21 yaşlı Dövlət Xankişiyev xəsarət alıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]