REGİONLAR


Qubadlı Rayon İcra Hakimiyyətində doqquz ayın yekunları müzakirə edilib

A+ A

Sumqayıt, 14 oktyabr, AZƏRTAC 

Sumqayıtda yerləşən Qubadlı Rayon İcra Hakimiyyətində 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Malik İsaqov yığıncaqda 2016-cı ilin 9 ayında rayonda görülmüş işlərdən danışıb.

Rayon icra hakimiyyətinin şöbə müdirinin müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev rayonda məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların kommunal problemlərinin həlli istiqamətində görülmüş işlərdən söhbət açıb. Bildirib ki, icra hakimiyyətinin bilavasitə müraciəti əsasında Saatlı rayonunda məskunlaşan 2 ailə, Sabirabad rayonunda isə 3 ailə yeni mənzillə təmin edilib, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Sumqayıt şəhər 10 saylı Peşə Liseyində 3 ailəyə şəraiti olan mənzillər tikilib. Bir köçkün ailəsinə “Kimyaçılar” qəsəbəsində idarə binasında, bir ailəyə isə ”Şəfa” sanatoriyasında mənzil verilib. Şəhərin 47-ci məhəllə və 12-ci mikrorayon ərazisində rayon icra hakimiyyəti tərəfindən əvvəllər tikilmiş sosial obyektlərdə layihələndirmə aparılaraq qaz sayğacının quraşdırılması təmin edilib, “Sumqayıt” mehmanxanasında, 10 saylı Texniki Peşə Liseyinin zirzəmisində və beton məmulatı zavodunun ərazisində 12 ailənin məskunlaşdığı idarə binasının həyətində olan su təmizlənib. Ələt qəsəbəsində Mədəniyyət Evində məskunlaşan bir ailənin mənzilinə qaz xətti çəkilməsinə kömək edilib, İnşaatçılar qəsəbəsində 8 saylı yataqxanadakı su mühərriki təmir edilərək işlək vəziyyətə gətirilib. Rayon icra hakimiyyəti tərəfindən Abşeron rayonu Saray qəsəbəsində 3 köçkün ailəsinə fərdi mənzil tikməsinə, “Yaşma” yaşayış sahəsində 2 ailənin, “Stansı Sumqayıt” yaşayış sahəsində 2 ailənin, Yaşıldərə yaşayış sahəsində 5 ailənin, Xəzər bağlarında 2 ailənin, Sarıqaya ərazisində 1 ailənin fərdi mənzilin tikilməsinə icazə alınmasına kömək göstərilib. Hesabat dövründə rayon icra hakimiyyəti tərəfindən tikinti materiallarına ehtiyacı olan 6 ailəyə də imkan daxilində kömək göstərilib.

Ümumiyyətlə, məskunlaşma yerlərində yaşayış şəraitlərinin yaxşılaşdırılması, köçkün ailələrinin üzləşdikləri çətinliklərin aradan qaldırılması rayon icra hakimiyyətinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil etdiyindən bu sahə daim diqqətdə saxlanılır və müəyyən layihələrin həyata keçməsi təmin edilir.

Cari ildə rayon icra hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt şəhəri, 15-ci məhəllədə köçkünlərin məskunlaşdığı 7 yataqxanada Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən ümumi istifadə sahələrində, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 40-cı məhəllədə məcburi köçkünlər yaşayan binalarda su və kanalizasiya xətlərinin əsaslı təmiri işləri başa çatdırılıb. Ümumilikdə rayon üzrə 366 ailənin hər birinə 142,8 manat ünvanlı sosial yardım ödənilir. Hesabat dövründə rayonda 183 yeni iş yeri yaradılıb.

2015-2016-cı tədris ilində 32 ümumtəhsil məktəbində 7949 şagird təhsil alıb. On birinci sinifləri bitirən 367 şagirdin 303-ü ali məktəblərə sənəd verib, onların 183-ü tələbə adını qazanıb.

Gənclər siyasətinin rayonda ardıcıl həyata keçirilməsi üçün müntəzəm iş aparılır. Cari ildə rayonun 28 idmançısı müxtəlif idman növləri üzrə Azərbaycan birinciliyinin və respublika turnirlərinin qalibi olub, 3 idmançı isə beynəlxalq yarışlarda birinci yerə layiq görülüb. Bu idmançılar arasında İslam Abbasov yunan-Roma güləş növü üzrə 4-cü dəfə dünya çempionu adını qazanıb.

Məruzə ətrafında çıxışlarda müxtəlif sahələr üzrə görülən işlər təhlil edilib.

Yığıncaqda 2016-cı ilin 9 ayının yekunları ilə əlaqədar Nazirlər Kabinetində Prezident İlham Əliyevin proqram xarakterli nitqində rayonun bütün icra strukturlarına qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün konkret tapşırıqlar verilib və gündəlikdəki məsələ ilə bağlı qərar layihəsi qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.