REGİONLAR


Qubadlıdan olan 106 yaşlı seçici Simuzər Quliyevanın arzusu

A+ A

Sumqayıt, 26 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Qubadlı rayonunun ən yaşlı seçicilərindən olan İşıqlı kənd sakini, məcburi köçkün, 106 yaşlı Simuzər Quliyeva sentyabrın 26-da ümumxalq səsverməsində iştirak edib.

AZƏRTAC xəbər verir ki, vətəndaşlıq borcunu yerinə yetirən Simuzər Quliyeva dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib. Beş uşaq, çoxlu nəvə, nəticə, kötücə sahibi olan Simuzər nənənin bir arzusu var: Qubadlını görmək.

Simuzər nənə ümumxalq səsverməsində konstitusion hüququndan istifadə edəndən sonra gənclərə müraciətlə deyib: “Qubadlı bizim üçün darıxır, bizdə Qubadlı üçün. Azərbaycan bu gün inkişaf edir, güclü ölkədir. Prezidentimizin ətrafında sıx birləşib mənfur düşmənin cavabını verməyin zamanı çatıb. İnşallah, tezliklə doğma torpağımıza qayıdıb, növbəti seçkini orada keçirək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.