MƏDƏNİYYƏT


Qubadlının işğaldan sonrakı sosial həyatını əks etdirən tarixi sənədlər Milli Arxiv İdarəsinə verilib

Bakı, 11 may, AZƏRTAC

Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən 75 saxlama vahidi fotosənəd və 12 saxlama vahidi kinosənəd daimi mühafizə üçün Dövlət Kino–Foto Sənədləri Arxivinə təhvil verilib.

Bu sözləri AZƏRTAC-a Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov deyib.

“Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Kino–Foto Sənədləri Arxivinə daimi saxlanmaq üçün təhvil verilmiş fotosənədlər rayonun işğaldan sonrakı həyatını, rayon əhalisinin sosial vəziyyətini, güzəranını əks etdirir. Hazırda qəbul olunmuş foto-kino sənədlərin hər biri haqqında arxivdə ayrıca məlumat hazırlanır və sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir”, - deyə N.Eminov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.