REGİONLAR


Qubalı gənclər hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yola düşüblər VİDEO

A+ A

Quba, 15 iyul, Elxan Yusifli, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında ölkəmizin hər yerində olduğu kimi, Qubada da gənclərin həqiqi hərbi xidmətə çağırışı uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, iyulun 15-də gənclərin hərbi xidmətə yola salınması münasibətilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və valideynlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Quba rayon şöbəsinin rəisi Seymur Qurbanov, Milli Məclisin deputatı Yevda Abramov, rayon rəhbərliyi, müharibə veteranları və valideynlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan söhbət açıblar. Gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmaq, ölkəmizin ərazi bütövlüyünü şərəflə qorumaq, hərb işinin sirlərinə mükəmməl yiyələnmək tövsiyə olunub.

Qeyd edilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik bir ordudur. Bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Hərbi xidmətə yola düşən gənc çağırışçılar Vətənə layiqli övlad kimi xidmət edəcəklərinə söz veriblər.

Rayonun incəsənət ustalarının ifasında musiqili proqramla davam edən mərasimdən sonra çağırışçı gənclər böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola salınıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.