REGİONLAR


Qubalı gənclərin turizm məkanlarına ekskursiyaları təşkil edilir

Quba, 5 iyul, Elxan Yusifli, AZƏRTAC

Qubada gənclərin “Rayonumuzu qarış-qarış” şüarı altında ekskursiyaları təşkil olunur.

AZƏRTAC xəbər verir ki, turizm üçün əlverişli məkanların təbliği məqsədilə mütəmadi həyata keçirilən ekskursiyaları Quba Turizm İnformasiya Mərkəzi, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı Gənclər Birliyi və Quba rayon Gənclər Şurası birgə təşkil edib.

Bundan əvvəl reallaşan Quba-Xınalıq, Quba-Afurca turizm marşrutları üzrə səyahətdən sonra növbəti səfər Quba-Xanagah istiqamətində olub. Xanagah rayonun Rustov kənd inzibati ərazi dairəsində, Çağacıq çayı sahilində yerləşir.

Gənclər ekskursiya zamanı Xanagahda yerləşən, bir-birindən maraqlı təbiət və tarixi abidələrlə tanış olublar.

Ekskursiya iştirakçıları Xanagah şəlaləsi və müalicəvi İstisu bulağında təbiətin yaratdığı ecazkar gözəlliklərdən həzz alıblar.

“Rayonumuzu qarış-qarış” şüarı altında keçirilən ekskursiyalar bundan sonra da davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.