REGİONLAR


Qubalı uşaqlar bayram sevincini birlikdə yaşayıblar

Quba, 1 iyun, Elxan Yusifli, AZƏRTAC

Quba şəhərindəki Nizamı adına Mədəniyyət və İstirahət parkında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram şənliyi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, şənlikdə rayon ictimaiyyətinin nümayəndələri, təhsil, mədəniyyət işçiləri, ümumtəhsil məktəblərinin şagirdləri, uşaq bağçalarının kollektivləri və balacalar iştirak ediblər.

Ümumilikdə 300 nəfərdən çox balacanın fəal iştirak etdiyi bayram şənliyində uşaqların ifalarında mahnı və rəqslər təqdim olunub. Bağça uşaqlarının və məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi də iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidov balacaları təbrik edib, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, bu işdə Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri, görülən işlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Heydər Əliyev Fondu uşaqların problemlərinə böyük diqqətlə yanaşır, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunmaları istiqamətində önəmli layihələr həyata keçirir.

Tədbirdə bir qrup istedadlı şagirdə fəxri fərmanlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.