REGİONLAR
Qubalı xanımların cəlb olunduğu xalçaçılıq təlimləri yekunlaşıb
Quba, 11 iyul, Elxan Yusifli, AZƏRTAC
Qubada “Milli mənəvi irsimiz olan xalçaçılıq sənətinin inkişafı ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilən təlimlər yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi tərəfindən reallaşan layihə çərçivəsində 12 təlim iştirakçısına xalçaların toxunduğu dəzgahlar və onların iş texnikası ilə bağlı məsləhət və tövsiyələr verilib.
Layihə müddətində Quba rayonunda xalçaçılıq peşəsinə yiyələnmək istəyən xanımlara qədim və unudulmaqda olan xalça naxışları, sapların, rənglərin seçilməsi və düzgün istifadəsi, rəngkarlıq, xalçaların yuyulması, daranması, xalçalara ilmə vurma və onların qayçılanması üzrə təlimlər keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]