REGİONLAR


Qubanın Hacıağalar və Cadar kəndlərinə ilk dəfə təbii qaz verilib

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC 

Oktyabrın 14-də Quba rayonunun Hacıağalar və Cadar kəndlərinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 199 abonenti olan kəndlərin qazlaşdırılması üçün 16 min 157 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərdə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.