REGİONLAR


Qubanın Qımılqazma kəndində yeni su anbarları istifadəyə verilib VİDEO

A+ A

Quba, 11 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Oktyabrın 11-də Qubanın Qımılqazma kəndində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi layihə əsasında inşa olunan yeni su anbarları istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində kəndin iki müxtəlif hissəsində 15 və 35 tonluq iki su anbarları inşa olunub. Bununla yanaşı, 500 nəfərə yaxın əhalinin yaşadığı 130-dan çox evə ilk dəfə su xətləri çəkilib. Yeni çəkilən su xətlərindən Qımılqazma ilə yanaşı, Küsnətqazma və Qəçrəş kənd sakinləri də istifadə edə biləcək. Tikilən anbarlar əsasən içməli, qismən də suvarma suyuna olan tələbatı ödəyəcək.

Layihələrin icrası kəndlərdəki yerli icmaların USAİD tərəfindən maliyyələşən Azərbaycanda Sosial-İqtisadi İnkişaf (SEDA) təşkilatı ilə qarşılıqlı əməkdaşlığı nəticəsində mümkün olub. Anbarlar və su xətlərinin tikintisinə 26 min manat vəsait xərclənib.

USAİD-in Azərbaycan nümayəndəliyinin missiya direktoru Mikaela Meredit həyata keçirilən layihənin Qımılqazma kənd sakinləri üçün böyük önəm daşıdığını bildirib.

Layihənin açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələri və kənd sakinləri iştirak edib.

Açılış mərasimindən sonra iştirakçılar görülən işlərlə tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.