REGİONLAR


Qubanın Susay kəndinə 50 santimetrdən çox qar yağıb  VİDEO

Quba, 17 fevral, Elxan Yusifli, AZƏRTAC

Ölkəmizin şimal bölgəsinin rayonlarına güclü qar yağıb.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, qar daha çox Quba, Qusar və Xızı rayonları ərazisində müşahidə olunur.

Ən çox yağıntı Qubanın Susay kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 53 santımetrə çatır. Təngəaltına 50, Qırıza 18, Xınalıqda 11, Quba şəhərinə isə 22 santımetr qar düşüb. Qusar şəhərində, eləcə də Xızı rayonunun Altıağac qəsəbəsində qarın hündürlüyü 40 santımetrə çatır.

Şimal bölgəsində temperaturun xeyli aşağı düşməsi də müşahidə edilir. Qubanın Qırız kəndində 18 dərəcə şaxta qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.