REGİONLAR


Qubanın Susay kəndinin bəzi sakinləri yaşı 400 ildən çox olan evlərdə yaşayır VİDEO

A+ A

Quba, 29 avqust, Elxan Yusifli, AZƏRTAC

Qubanın Susay kəndinin bəzi sakinləri yaşı 400 ildən çox olan evlərdə yaşayır.

AZƏRTAC xəbər verir ki, Şahdağın ətəyində yerləşən Susay kəndində qədim tarixə malik evlərdən 30-a yaxını indiyədək qorunub saxlanılır. Həmin evlərin 12-də isə hazırda da yaşayış mövcuddur.

Əsasən iki mərtəbədən ibarət olan evlər çay daşından tikilib. Birinci mərtəbə zirzəmi, ikinci mərtəbə isə yaşayış üçün nəzərdə tutulub. Divarlarının qalınlığı bir metrə yaxın olan qədim evlərin tikintisi zamanı hörgü materialı kimi gil və əhəngdən istifadə olunub. Ərazinin dağlıq olmasını nəzərə alan inşaatçılar tikinti zamanı qalın ağac pərdilərdən istifadə ediblər.

Qədim evlərin divarlarının qalın olması qış aylarında soyuqdan qorunmaq məqsədi daşıyır.

Rayon mərkəzindən 30 kilometr məsafədə yerləşən Susay kəndinin tarixi çox qədimdir. Araşdırmalara görə, burada yaşayış məntəqəsi 4 min il əvvəl salınıb.

Susay kəndində qədim evlərlə yanaşı, turistlərin diqqətini çəkən tarixi abidələrdən biri də 600 ildən çoxdur mövcud olan qədim məsciddir. Məscid yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.

Qeyd edək ki, Susay kəndinin də daxil olduğu Alpan inzibati ərazi dairəsində dövlət tərəfindən qorunan tarixi abidə kimi qeydiyyata alınan 4 məscid və 1 türbə mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.