REGİONLAR
Qubanın Xınalıq və Qırız kəndlərində 16 dərəcə şaxta qeydə alınıb VİDEO
Quba, 26 yanvar, Elxan Yusifli, AZƏRTAC
Ötən gecə şimal regionunda ən aşağı temperatur Quba rayonunun Xınalıq və Qırız kəndlərində qeydə alınıb. Bu ucqar yaşayış məntəqələrində temperatur mənfi 16 dərəcəyədək enib.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, Xınalıq və Qırız kəndlərində qarın hündürlüyü 46 santimetrə çatır. Ümumilikdə isə dağətəyi ərazilərdə temperatur mənfi 3 dərəcə, qarın hündürlüyü 1-15 santimetr təşkil edir. Dağlıq ərazilərdə isə bu göstəricilər müvafiq olaraq mənfi 16 dərəcə və 35-46 santimetrdir.
Qar yağması səbəbindən avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə yollar açıqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]