SİYASƏT


Quido Talariko: AZƏRTAC ilə müqavilə imzalamaq bizim üçün böyük şərəfdir VİDEO

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC 

AZƏRTAC ilə müqavilə imzalamaq bizim üçün böyük şərəfdir.

Bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan “Adn Kronos International SRL” agentliyinin vitse-prezidenti Quido Talariko AZƏRTAC-a müsahibəsində söyləyib.

AZƏRTAC-ın dürüst və dəqiq informasiya mənbəyi olduğunu qeyd edən Q.Talariko deyib: “Azərbaycan strateji ölkədir, AZƏRTAC ilə müqaviləni də buna görə imzalamışıq. Bakıda olmaq və onu yaxından tanımaq mənim üçün böyük zövqdür. Mən AZƏRTAC-ın fəaliyyəti ilə maraqla tanış oldum.

Hazırda Bakı beynəlxalq paytaxta çevrilib. Bu Forum Bakının beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasının növbəti sübutudur. Forum yüksək səviyyədə təşkil edilib. Müxtəlif ölkələrin sabiq prezidentlərinin, elm və mədəniyyət xadimlərinin, Nobel mükafatı laureatlarının Forumda iştirak etməsi onların bu tədbirin məhz burada – Bakıda keçirilməsi təşəbbüsünü nə dərəcədə yüksək qiymətləndirdiklərini göstərir”.

Ölkələr arasında multikulturalizm və dialoq məsələlərinin beynəlxalq birliyin əlaqələndirici vəsiləsi olduğunu vurğulayan Quido Talariko deyib: “Forum müzakirələr üçün real məkandır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.