İQTİSADİYYAT


Qulam İsakzai: Birgə layihələrin həyata keçirilməsi bizim üçün əhəmiyyətlidir

A+ A

Bakı, 29 iyul, AZƏRTAC

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) ilə birgə layihələrin həyata keçirilməsi bizim üçün əhəmiyyətlidir.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ABOEMDA-nın sədri Akim Bədəlov ilə görüşdə deyib.

A.Bədəlov ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələri sahəsində yaradılmış institusional mühit, həyata keçirilən layihələr, kadr potensialı və perspektiv imkanlar barədə məlumat verib, o cümlədən sahə üzrə BMT-nin regional komissiyaları və yerli nümayəndəliyi ilə fəal əməkdaşlıq əlaqələrinin olduğunu söyləyib.

Həmçinin görüşdə Dövlət Agentliyinin təşkilatçılığı ilə 2016-cı il oktyabrın 18-21-də Azərbaycan hökuməti və BMT Avropa İqtisadi Komissiyasının “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu və Komissiyanın Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ekspertlər Qrupunun 3-cü sessiyası barədə məlumat diqqətə çatdırılıb.

Nümayəndəliyin rəhbəri Azərbaycanda sahə üzrə əldə edilmiş nailiyyətlərin və qazanılan təcrübənin təqdirəlayiq olduğunu qeyd edərək, sıx əməkdaşlığın davam etdirilməsinin və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.