İQTİSADİYYAT


Qulamhüseyn Safei: Astara – Astara dəmir yolu xəttinin çəkilməsi tarixi hadisədir

Tehran, 21 may, AZƏRTAC

İran və Azərbaycan prezidentlərinin siyasi iradəsi və dostluq əlaqələri iki dövlətin qarşılıqlı münasibətlərini inkişafa doğru istiqamətləndirib.

Bu sözləri İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Qulamhüseyn Safei deyib.

O, ölkələrimiz arasındakı tarixi əlaqələrə, milli dəyərlərin uyğunluğuna işarə edərək, İranın ən uzun quru sərhədi olan ölkələrdən birinin Azərbaycan olduğunu bildirib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması istiqamətində aparılan işlərə toxunan Q.Safei İran və Azərbaycanın ərazisindən keçməklə Avropa və Mərkəzi Asiyaya doğru uzanan dəmir yolu xəttinin hər iki ölkənin iqtisadiyyatı üçün prioritet olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti artıq çəkilib və bu, tarixi hadisədir.

Q.Safei hər iki ölkənin ticarət palataları və özəl sektor nümayəndələri arasında görüşlərin təşkil olunmasının faydalı olacağını da vurğulayıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.