İDMAN


Qurban Qurbanov: Ən vacib oyunlarımızdan birinə çıxacağıq

Bakı, 24 iyul, AZƏRTAC

Çox çətin oyun olacaq. Ən vacib oyunlarımızdan birinə çıxacağıq. Rəqib komandanı ətraflı təhlil etmişik. Çalışmışıq ki, zəif cəhətlərini futbolçularımıza göstərə bilək. “Şerif”in bir neçə oyun tərzi var və bunu meydanda göstərməyə çalışırlar. Rəqibin həmlələrinin qarşısını almağa çalışacağıq. Bunu nə qədər bacaracağımızı sabah görəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçında Moldovanın "Şerif" klubunu qəbul edəcək Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi bildirib: “Bizə inanan hər kəsə təşəkkür edirik. Oyundan əvvəl fikirlər çox olur. Hətta bizi favorit qismində görməyənlər də var. Amma biz buna öyrəşmişik və həmişə olduğu kimi rəqibə ciddi yanaşırıq. Biz nə qədər çox istəyiriksə, rəqib də o qədər qələbə arzusundadır. Rəqibin heyətində yeddi yeni futbolçu var və onların hər biri təcrübəli oyunçulardır. Düşünürəm ki, bu görüş ən çətin oyunlarımızdan biri olacaq”.

“Qarabağ” (Ağdam) – “Şerif” (Moldova) matçı iyulun 25-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.