İDMAN


Qurban Qurbanov: Futbolçular əzmkar mübarizə apardılar və layiqli qələbə qazandılar

Bakı, 2 avqust, AZƏRTAC

Çox çətin oyun oldu. Rəqib Bakıdakı oyundan fərqli oynadı. Moldovadakı oyunda daha çox hücum etdi. Biz həm oyunçular, həm məşqçi heyəti olaraq bu nəticəni gözləyirdik. Futbolçular əzmkar mübarizə apardılar və layiqli qələbə qazandılar. Komandamı qələbə və “pley-off” mərhələsinə yüksəlmək münasibətilə təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında səfərdə Moldovanın “Şerif” klubunu 2:1 hesabı ilə məğlub edərək turnirin “pley-off” mərhələsinə vəsiqə qazanan Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyib.

“Pley-off” mərhələsində oynamaq istəyirdik. Növbəti mərhələdə də yaxşı oyun göstərməyə çalışacağıq. Bizi stadionda dəstəkləyən azarkeşlərimizə təşəkkürümü bildirirəm. Karyeramda ilk dəfə olaraq baş məşqçisi olduğum komandam “pley-off” mərhələsinə yüksəlir, buna görə də çox sevincliyəm. Növbəti oyunlara hazırlaşacağıq”, - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, bu qələbə ilə “Qarabağ” Çempionlar Liqasının “pley-off” mərhələsinə yüksələn ilk Azərbaycan futbol komandası olub. Bu mərhələni keçməklə komandamız həm də UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.

Ağdam təmsilçisinin bu mərhələdəki rəqibi avqustun 4-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmadan sonra məlum olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.