İDMAN


Qurban Qurbanov: Hər uğurlu oyundan sonra məsuliyyət bir az da artır

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

“Qələbə münasibətilə hamını təbrik edirəm. Çox çətin oyunda qələbə qazanmağı bacardıq. Hər şey düşündüyümüz kimi alındı və futbolçularımıza təşəkkür edirəm. Fikrimcə, güclü komandaya qalib gəldik və şanslarımızı artırdıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində səfərdə Yunanıstanın “PAOK” klubu üzərində qələbədən sonra keçirilən mətbuat konfransında deyib.

Uğurlu əvəzetmələrin bəzən oyunların nəticələrinə təsir etdiyini vurğulayan baş məşqçi bildirib: “Rahid Əmirquliyev bu gün çox yaxşı oynadı. Matçın əvvəlində rəqib komanda sağ cinahdan təhlükəli hücumlar qururdu. Həmin cinahda Maksim Medvedev, Rahid Əmirquliyev və Qara Qarayev gözəl oynayaraq bir-birini tamamladılar. Miçel Madera çox təcrübəli oyunçudur. O da üzərinə düşən vəzifəni yerinə yetirdi. Qol vurmasaydı da, onun oyunundan razı qalacaqdım. Ümumiyyətlə, hamının oyunundan razı qaldım”.

Q.Qurbanov “Qarabağ”ın növbəti mərhələyə keçmək şansını dəyərləndirərkən deyib: “Hər uğurlu oyundan sonra məsuliyyət bir az da artır. Bu qələbə həm də işimizi bir az çətinləşdirdi. Ancaq şansımız var. Lakin məncə, “PAOK”un da mərhələ keçmək şansı var. Mübarizə son turadək davam edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.