İDMAN
Qurban Qurbanov: Pley-off mərhələsindəki rəqibimizi təhlil edib oyuna maksimum hazırlaşacağıq
Bakı, 4 avqust, AZƏRTAC
Beş potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik. Bu baxımdan Danimarkanın “Kopenhagen” komandası da istisna deyildi. Rəqibimizin gücü bəllidir, oyuna hazırlaşmağa vaxtımız azdır. İstənilən halda şansımız var və bundan istifadə etməyə çalışacağıq. Buna baxmayaraq, rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov püşkün nəticələrinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının “pley-off” mərhələsinə yüksələn ilk Azərbaycan futbol komandasıdır. Bu mərhələyə yüksəlməklə komandamız həm də UEFA Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqəni təmin edib.