İDMAN


Qurban Qurbanov: “Samtredia” beş potensial rəqibdən ən güclüsüdür

Bakı, 19 iyun, AZƏRTAC

Beş potensial rəqibdən ən güclüsü ilə qarşılaşmalı olacağıq. “Samtredia” bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin “Qəbələ” ilə cavab matçında göstərdiyi futbolu gördük.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində komandaya rəqib olan Gürcüstan çempionu “Samtredia” barədə danışarkən deyib.

Q.Qurbanov püşkün nəticələrinə münasibət bildirərkən deyib: “Hazırda Gürcüstanda çempionat davam edir və bu da rəqibin üstünlüyüdür. Biz isə hələ ki, tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaqlar. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqları aradan qaldıraq və oyuna tam hazır olaq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.