İDMAN


Qurban Qurbanov: “Samtredia” klubu ilə oyun asan olmayacaq

Bakı, 11 iyul, AZƏRTAC

Çox vacib oyuna hazırlaşırıq. Problemlərimiz var və bizim üçün asan olmayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk matçında Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi bildirib: “Oyuna hazırlaşmışıq. Çalışacağıq ki, doğma meydanda qələbə qazanaq. Düzdür, futbolçular tam hazır vəziyyətdə deyillər. Amma təlim-məşq toplanışından indiyədək komandada dəyişikliklər olub. Futbolçuların vəziyyətini eyni səviyyəyə gətirməyə çalışmışıq. Fikrimcə, Bakıda yaxşı hazırlıq keçmişik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.