İDMAN


Qurban Qurbanov: UEFA Avropa Liqasında “Qarabağ” komandasının oyunlarına maraq artıb

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC 

Çexiyaya vacib oyun üçün gəlmişik. Belə oyunlarda hamı düşünə bilər ki, “Qarabağ” daha istəkli olacaq. Ancaq mən rəqibin daha istəkli olacağını düşünürəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində səfərdə Çexiyanın “Slovan Libereç” komandasının qonağı olacaq “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov keçirdiyi mətbuat konfransında deyib.

Rəqibin bu turnirdə ilk qələbəsini qazanmaq əzmində olduğunu vurğulayan Q.Qurbanov deyib: “Bu komandaya qarşı oynamaq çətindir. Düzdür, “Slovan” son oyunlarda yaxşı nəticələr göstərə bilmir. Ancaq rəqibə yaxşı oynamağa da imkan vermirlər. Rəqibin gücünü Bakıda hiss etmişik. Bizə çətin anlar yaşatdılar. Bunların hamısını nəzərə almışıq. Ən yaxşı nəticəni əldə etməyə çalışacağıq”.

Mütəxəssis UEFA Avropa Liqasında “Qarabağ” komandasının oyunları ilə maraqlananların sayının çox olduğunu qeyd edib. “Hamı uğur qazanmağımızı istəyir. Hər turnirə ayrı hazırlaşırıq. Biz öz oyunumuzdan uzaqlaşmalı deyilik. Futbol bir oyunla bitməz. Sadəcə, oyuna düzgün hazırlaşmaq lazımdır. Prinsiplərimiz özünü doğruldur. Səhv etməmək barədə düşünürük. Hazırda fikrimiz ancaq bu oyuna yönəlib”, - deyə Q.Qurbanov diqqətə çatdırıb.

“Qarabağ”ın futbolçusu Migel Madera komandanın çətin sınaq qarşısında olduğunu bildirərək deyib: “Həm bizim, həm də rəqib üçün çətin oyun olacaq. Qələbə qazanaraq növbəti mərhələ üçün yaxşı imkan əldə etməyi düşünürük. Amma bu, asan olmayacaq. Bakıdakı oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Ancaq ümid edirik ki, burada istədiyimiz nəticəni qazanacağıq. “Slovan” bizə qarşı sürətli oynayacaq. Buna görə də oyunda daha diqqətli olmalıyıq. Bu, nəticə qazanmaq üçün çox vacibdir”.

“Slovan”-“Qarabağ” oyunu noyabrın 24-də Bakı vaxtı ilə saat 22:00-da Libereç şəhərindəki “U Nişi” stadionunda başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.