İDMAN


Qurban Qurbanov: Uğurlu nəticə ilə azarkeşlərimizi sevindirməyə çalışacağıq

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC 

UEFA Avropa Liqasında həm bizə, həm də digər təmsilçimiz “Qəbələ”yə uğurlu start arzulayıram. Bir ildən sonra yenidən qrup mərhələsində mübarizəyə başlayırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində Çexiyanın “Slovan” komandası ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlər üçün mətbuat konfransında deyib.

Rəqibin güclü kollektiv olduğunu deyən mütəxəssis bildirib: “Slovan” bu il avroliqanın qrup mərhələsinə qədər 4 oyun keçirib və hamısında qələbə qazanıb. Son üç ildə iki dəfə qrupda oynayıblar. “Sevilya” kimi komandaya qarşı matçda çox yaxşı nəticə əldə ediblər. Belə bir rəqibə qarşı oynamaq bir tərəfdən çətin, digər tərəfdən maraqlı olacaq. Uğurlu nəticə əldə edib azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Futbolçu Riçard Almeyda oyun haqda fikirlərini bildirərək qeyd edib: “Bizi çətin oyun gözləyir. UEFA Avropa Liqasında asan rəqib yoxdur. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. “Qəbələ” komandasına da uğurlar arzulayıram”.

“Qarabağ”-“Slovan” oyunu sentyabrın 15-də saat 19:00-da “Dalğa Arena”da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.