Qurban Qurbanov və Roman Qriqorçuk dünyanın ən yaxşı futbol məşqçiləri arasında
Bakı, 29 oktyabr, AZƏRTAC
Futbol üzrə dünyanın ən yaxşı baş məşqçilərinin oktyabr ayı üçün reytinq cədvəli açıqlanıb.
AZƏRTAC xəbər verir ki, siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilə yanaşı, “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk da yer alıb.
“Qarabağ”ın tarixində ikinci dəfə qrup mərhələsinə vəsiqə qazanmasında mühüm rol oynayan Q.Qurbanov 1379 xalla 451-ci pillədə qərarlaşıb. O, bu göstəriciyə görə Henrik Larsson, Dik Advokat, Şota Arveladze, Ərtuğrul Sağlam, Tolunay Kafkaz, Covanni van Bronkxorts kimi tanınmış simaları qabaqlayır. Roman Qriqorçuk isə siyahıda 1126 xalla 534-cü pillədə qərarlaşıb.
Dünyanın ən yaxşı futbol məşqçiləri siyahısına ispaniyalı mütəxəssislər başçılıq edir. “Barselona”nın çalışdırıcısı Luis Enrike 18821 xalla birinci yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.05.2026 [13:15]
“Kəpəz” portuqaliyalı müdafiəçi ilə müqaviləni yeniləyib
- 25.05.2026 [12:52]
Əfran İsmayılov “Araz-Naxçıvan”dan ayrılıb
- 25.05.2026 [12:41]
Qız futbolçulardan ibarət yığmanın baş məşqçisi ilə yollar ayrılıb
- 25.05.2026 [12:38]
Azərbaycan çempionu olan komanda 2 futzalçı ilə vidalaşıb
- 25.05.2026 [11:31]
NBA: “San-Antonio Spörs” son çempionu üstələyərək seriyanı bərabərləşdirib
- 25.05.2026 [11:21]
Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına üzv qəbul olunub
- 25.05.2026 [11:04]
“Olimpiakos” basketbol komandası 4-cü dəfə Avroliqanın qalibi olub
KLİK Proqramı 6 ay davam edəcək
- [13:00]
Əlincə qalasında “Turan marşı”
- [12:37]
Bu saata olan əsas xəbərlər
- [12:00]