CƏMİYYƏT
Qurban bayramı Suraxanı rayonunda qeyd edilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Müsəlman dünyasının ən əziz bayramlarından biri olan Qurban bayramı Suraxanı rayonunda da geniş qeyd edilib.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 6 mindən çox ailəyə, o cümlədən Qarabağ müharibəsi əlillərinə, Böyük Vətən Müharibəsi iştirakçılarına, şəhid ailələrinə və aztəminatlı ailələrə, ahıl və tənha sakinlərə, rayonda məskunlaşmış məcburi köçkünlərin bir qisminə qurban sovqatı paylanılıb.
Rayonun Hövsan, Zığ, Qaraçuxur, Əmircan, Bülbülə, Yeni Suraxanı qəsəbələrində təşkil olunmuş xeyriyyə tədbirlərində Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, bələdiyyə sədrləri, üzvləri iştirak ediblər.
Bayram tədbirlərində bildirilib ki, ölkəmizdə Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd edilir. Qurban mərasimləri insanları sülh və əmin-amanlıq yoluna dəvət edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin təntənəsinə çevrilir.