İQTİSADİYYAT


Qurban bayramı ərəfəsində Bakı avtovağzalı 27 minə yaxın sərnişinə xidmət göstərib

Bakı, 14 sentyabr, Elvin Camalov, AZƏRTAC

Sentyabrın 10-da avtovağzalda 600-ə yaxın avtobus 14 minə yaxın sərnişinə xidmət göstərib. Sentyabrın 11-də isə sərnişinlərin sayı 13 min olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.

O, bildirib ki, sərnişinlər rahat şəkildə bilet alıb və avtobuslara minib. Hətta bəzi istiqamətlərdə sərnişin qıtlığı da hiss edilib.

Qeyd edək ki, sentyabrın 9-dan 15-ə qədər həm Qurban bayramı, həm də yeni dərs ilinin başlaması ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.