MƏDƏNİYYƏT


Qurban bayramı ilə əlaqədar Bakı “SOS uşaq kəndi”ndə tədbir keçirilib

A+ A

Bakı, 13 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Bakı “SOS uşaq kəndi”ndə Qurban bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə iştirak edən Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşları uşaqları bayram münasibətilə təbrik ediblər.

Tədbir zamanı tanınmış müğənnilər Rüfət Xəlil, Nihat Məlik, Aidə Feyziteva, Qadir Fətəliyev, Novruz Bəxtiyarlı, “Meqas” qrupu, “Səma” vokal qrupu və rəqs ansamblının ifaları uşaqlarda xoş ovqat yaradıb.

Balacalar təşkil olunmuş müxtəlif əyləncəli oyunlarda iştirak edib, musiqi sədaları altında rəqs edərək tədbirdən xüsusi zövq alıblar.

Sonda uşaqlara Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən bayram hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.