İQTİSADİYYAT
Qurban bayramı ilə əlaqədar şəhərlərarası marşrutlara hər gün 200-250 əlavə avtobus buraxılacaq VİDEO
Növbə rəisi Məhəmməd Abdullayev AZƏRTAC-a bu haqda məlumat verərək bildirib ki, paytaxtdan bölgələrə sərnişin axının artması nəzərə alınaraq “M-Trans” MMC-nin rəhbərliyi tərəfindən tədbirlər planı hazırlanıb. Sərnişinlərin rahatlığını təmin etmək üçün ehtiyat nəqliyyat vasitələri ayrılıb. Xəttə hər gün 200-250 əlavə avtobus buraxılması nəzərdə tutulur. “Adi günlərdə 350-400 avtobusla 8-9 min sərnişin daşınırdı. Bayramla əlaqədar sərnişinlərin sayının 15 mindən çox olacağı gözlənilir ki, bu da gün ərzində bölgələrə 650-dək avtobusun yola salınmasını tələb edir”, - deyə növbə rəisi vurğulayıb.
M.Abdullayev qeyd edib ki, təyin olunmuş qrafiklər üzrə bilet satışı 10 gün əvvəlcədən həyata keçiriləcək. Sərnişinlər, həmçinin internet vasitəsilə də bilet ala bilərlər. “Qiymət intizamına 8 nəfərdən ibarət komissiya nəzarət edəcək. Sərnişinlərə tövsiyə olunur ki, biletlərin qiymətinin qanunsuz artırılması halları ilə qarşılaşarlarsa, dispetçer məntəqəsinə müraciət etsinlər”, - deyə növbə rəisi bildirib.