REGİONLAR


Qurban bayramında Mingəçevirdə qayğıya ehtiyacı olan insanlar unudulmayıb

A+ A

Mingəçevir, 13 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Müqəddəs Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi, Mingəçevir şəhərində də təntənə ilə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin, idarə və təşkilat rəhbərlərinin, yerli sakinlərin iştirakı ilə təşkil olunan bayram mərasimlərində çıxış edənlər hamını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, Mingəçevir şəhərində Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, İkinci Dünya müharibəsi veteranlarına, məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə, ümumilikdə 860 ailəyə qurban payı verilib. Eyni zamanda, yataq xəstəsi olan sakinlərə də baş çəkilib, onların bayramları təbrik edilib və qurban payları verilib.

Milli Məclisin deputatı Aydın Mirzəzadənin təşəbbüsü ilə qurbanlıq heyvanlar kəsilərək Mingəçevirdə yaşayan 40 nəfər gözdən əlilə ət payı verilib. Qurban bayramı ilə əlaqədar Mingəçevir şəhər məscidində imkansızlar üçün bayram süfrəsi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.