Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qurbanəli Səadət: Azərbaycanın inkişafı bizi həmişə sevindirir

Urmiya, 20 aprel, AZƏRTAC

İran İslam Respublikasının Qərbi Azərbaycan vilayəti (Ostandarlığı) ölkənin sosial-iqtisadi baxımdan inkişaf etmiş bölgələrindən biridir. Regionun iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı təşkil edir. Bununla yanaşı, sənaye də inkişaf etməkdədir.

Əhalisinin sayı 1 milyon 100 min olan Urmiya şəhəri regionun inzibati mərkəzidir. Çox qədim tarixə malik olan bu şəhərdə yeni tikililər və təmizlik diqqəti ilk baxışda cəlb edir. Ümumilikdə Qərbi Azərbaycan vilayətinin 3 milyon 200 min əhalisi var. Türkiyə, İraq və Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan bu bölgədə müxtəlif xalqların nümayəndələri, o cümlədən farslar, azərbaycanlılar, assurlar, kürdlər, ermənilər və az sayda yəhudilər yaşayırlar.

Bölgənin zəngin iqtisadi potensialı və Naxçıvanla həmsərhəd olması bizi buraya səfər edib vilayətin valisi (ostandarı) ilə görüşməyə vadar etdi. İranın Qərbi Azərbaycan Ostandarlığının ostandarı Qubanəli Səadət təvazökar və ilk baxışdan sadə insan təsiri bağışlayır. Söhbət zamanı onun geniş dünya görüşünə, dərin elmi və dini biliklərə malik olması da üzə çıxdı.

Həmsöhbətimə ilk sualım İran-Azərbaycan əlaqələri haqqında oldu.

-Hörmətli Qurbanəli Səadət, Siz Azərbaycana və Naxçıvana bir neçə dəfə səfər etmisiniz. Bu səfərlər sizdə nə kimi təəssüratlar yaradıb və qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün hansı işləri həyata keçirməyi planlaşdırırsınız?

- Əvvəla qeyd etmək lazımdır ki, İran və Azərbaycan prezidentlərinin siyasi iradə nümayiş etdirərək qarşılıqlı əlaqələrin genişləndirilməsi haqqındakı qərarları hər iki xalqın mənafeyinə uyğundur. Azərbaycan və İran xalqları eyni mədəniyyətə və adət-ənənələrə, eyni dinə mənsubdurlar. Xalqların yaxınlığı dövlətlərin də yaxınlaşmasına, dostluq və qardaşlıq əlaqələrinin qurulmasına şərait yaradır. Ötən il İran və Azərbaycan prezidentlərinin qarşılıqlı rəsmi səfərləri bütün sahələrdə münasibətlərimizin inkişafına böyük təkan verib. Qarşılıqlı faydalı əməkdaşlıq istər iqtisadi, istərsə də siyasi baxımdan hər iki dövlətin milli maraqlarını təmin edir.

Mən ilk dəfə Naxçıvana Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu 1990-cı illərdə səfər etmişdim. Naxçıvan şəhəri ilə yanaşı, Sədərək və Şərur rayonlarında oldum. Deməliyəm ki, o vaxt Naxçıvanda sosial-iqtisadi vəziyyət heç də ürəkaçan deyildi. Ermənistanın başladığı təcavüzkar müharibə nəticəsində Naxçıvan blokada şəraitində yaşamaq məcburiyyətində qalmışdı. Ərzaq çatışmazlığı ilə yanaşı, əhaliyə su, qaz, elektrik enerjisinin verilməsində də böyü problemlər var idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən görkəmli siyasi xadim Heydər Əliyev çox müdrik siyasət apararaq xalqı aclıqdan və müharibənin fəlakətlərindən qoruya bildi. İran xalqı müharibənin hansı bəlalar gətirdiyini yaxşı bilir. Odur ki, həmin dövrdə Azərbaycanın nə qədər ağır günlər keçirdiyini biz yaxşı başa düşürdük.

Mən Heydər Əliyev ilə bir neçə dəfə görüşmüşəm. O bütün varlığı ilə çalışırdı ki, əhalini yaranmış bu çətinlikdən xilas etsin. Onun zəngin siyasi və dövlətçilik təcrübəsi nəinki Naxçıvanın, bütün Azərbaycan xalqının xilasına yol açdı. Heydər Əliyev təzyiqlərə baxmayaraq, o dövrdə Tehrana səfər edərək İranın dövlət rəhbərləri ilə görüşlər keçirdi və iqtisadi əlaqələr qurdu. Bu gün bəzi adamlar elə bilir ki, Heydər Əliyevin İrana səfəri sadəcə olaraq Naxçıvan əhalisini ərzaqla təmin etmək məqsədi daşıyırdı. Lakin bu fikirlər əsl həqiqəti əks etdirmir. Dahi şəxsiyyət olan Heydər Əliyev İranın regiondakı əhəmiyyətini yaxşı bilirdi. Ona görə də həmin dövrdəki səfərlər yalnız Naxçıvanın ərzaq və enerji təminatına xidmət etmir, eyni zamanda, İran-Azərbaycan əlaqələrinin əsasını yaradırdı. Azərbaycan və İran daimi qonşu dövlətlər olaraq yaşayacaqlar. Min illər boyu belə olub və bundan sonra da belə olacaq. Bu həqiqəti Azərbaycan xalqının Ümummilli Lideri müdrikcəsinə qiymətləndirirdi. Onun uzaqgörənliklə əsasını qoyduğu mehriban qonşuluq siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və İran İslam İnqilabının Ali Rəhbəri ayətullah Əli Xamneyi də qonşu ölkələrlə, həmçinin Azərbaycanla mehriban şəraitdə yaşamağı dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən ediblər.

Onu da deyim ki, 2014-cü ilin (İran təqvimi ilə1393-cü il) oktyabr (aban) ayında Qərbi Azərbaycan Ostandarlığının geniş nümayəndə heyətinin rəhbəri kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dəvəti ilə Naxçıvana səfər etdik. Səfər çərçivəsində rəsmi şəxslərlə görüşdük və muxtar respublikanın sənaye müəssisələrini, tarixi abidələrini və görməli yerlərini gəzdik. Gördüklərim məni təəccübləndirdi. Əvvəlki Naxçıvandan, demək olar, əsər-əlamət qalmayıb. Naxçıvan çox qısa müddətdə böyük inkişaf yolu keçib. Hələ Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə Araz çayı üzərində salınmış Şahtaxtı-Poldəşt körpüsü bu gün də fəaliyyət göstərir. Naxçıvanda sənaye müəssisələri, zavod və fabriklər açılıb və əhalinin firavanlığı təmin edilib. Burada mebel istehsalından tutmuş, turistlərin istirahət edə biləcəyi məkanlaradək hər şəraiti olan inrastrukturlar yaradılıb. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvanın rəhbəri dövlət idarəçiliyində böyük məharətə malikdir.

Azərbaycan-İran əlaqələrinin inkişafında Ali Məclis Sədrinin də xüsusi xidmətləri var. İran vətəndaşlarının Naxçıvana getmək üçün viza alması proseduru asanlaşdırılıb. Azərbaycanın başqa yerlərindən fərqli olaraq, indi Naxçıvana gedən iranlılar gömrük-keçid məntəqəsində 10 avro ödəyərək sərhədi asanlıqla keçə bilirlər.

– Sizcə, Qərbi Azərbaycan vilayəti ilə Naxçıvan konkret olaraq hansı sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq edə bilərlər?

- Əlbəttə ki, qonşumuzun hərtərəfli inkişafı bizi sevindirir. Bu, bizim də xeyrimizədir. Ötən ilin oktyabrında Naxçıvana səfərim zamanı baytarlıq və turizm sahələrində əməldaşlıq haqqında razılıq əldə etdik. Biz Makudan Naxçıvana və əks istiqamətdə turist səfərləri təşkil edə bilərik. Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzində vilayətimizin sakinlərinin müalicəsini təmin etmək olar. Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələri ilə Urmiyadakı universitetlər arasında tələbə və müəllim mübadiləsini həyata keçirmək mümkündür. Nəzərdə tutmuşuq ki, Urmiyada istehsal olunan malların Naxçıvanda, Naxçıvanda istehsal olunan malların isə Urmiyada sərgilərini keçirək. Bundan başqa, Azərbaycanlı iş adamları Maku azad iqtisadi zonasına investisiya yatıra bilərlər. Burada investorlar üçün əlverişli şərait yaradılıb.

- İranla Qərb dövlətləri arasında sanksiyaların aradan qaldırılması və nüvə proqramı ətrafında aparılan danışıqlarda razılıq əldə edilib. Bu məsələnin perspektivləri haqqında nə deyə bilərsiniz?

-Əvvəla onu qeyd edim ki, İran bütün xarici dövlətlər üçün açıqdır. Bizim dövlətimiz haqqında bir çox yalan və qərəzli məlumatlar yayılıb. Bunlar reallığa uyğun deyil. Kim həqiqəti bilmək istəyirsə, İrana gəlsin və hər şeyi öz gözləri ilə görsün. Digər tərəfdən, Qərb ölkələri ilə aparılan danışıqlar və onların nəticələri əsl həqiqəti ortaya çıxardı. Bu həqiqət ondan ibarətdir ki, İran heç bir zaman atom silahı yaratmaq istəyində olmayıb. Bunu Qərb dövlətləri də etiraf etmək məcburiyyətində qaldılar. Lozzana danışıqları göstərdi ki, İrana qarşı 30 ildən artıq müddətdə tətbiq olunan iqtisadi sanksiyalar ədalətsizdir.

Məsələnin mahiyyətinə gəlincə, həqiqət ondan ibarətdir ki, dünyada ikili standartlar siyasəti yürüdülür. Məsələn, bu gün İraqda, Suriyada, Yəməndə davam etməkdə olan hərbi münaqişələr minlərlə insanın, o cümlədən qocaların və uşaqların ölümünə səbəb olur. Bundan başqa, həmin regionda İŞİD deyilən terrorçu təşkilat meydana gəlib və İslam dinindən sui-istifadə edərək dinc, heç bir günahı olmayan əhaliyə zülm edir, insanlığa sığmayan cinayətlər törədir. Lakin Qərb sanki heç nə olmamış kimi bunu seyr edir və səsini çıxarmır. İran isə elmi və tibbi məqsədlər üçün nüvə enerjisindən istifadə etmək istədikdə hay-küy qoparır, dünyanı ayağa qaldırırlar. Rəsmi Tehranın nüvə silahı hazırlamaq istəyi ilə bağlı iddia həqiqəti əks etdirmir. Bunu son danışıqların nəticələri də aydın şəkildə göstərdi. İranın daxili işlərinə qarışmaq istəyənlər yanlış yolda olduqlarını gördülər.

Bundan sonra danışıqların müsbət və ya mənfi yekunlaşmasından asılı olmayaraq, İran diplomatiyası qalib gəlib. Bu qalibiyyətin əsas nəticəsi ondan ibarətdir ki, dünya ictimaiyyəti həqiqəti bildi. Digər tərəfdən, iqtisadi sanksiyalar Qərbin özünün maraqlarına cavab vermir. Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlər İrana sərmayə yatırmaq istəyirlər. Lakin sanksiyalar buna mane olur. Bu aradan qaldırılsa, qarşılıqlı iqtisadi əməkdaşlıq yalnız fayda gətirər.

- Hörmətli Qurbanəli Səadət, son olaraq Azərbaycana nə arzu edirsiniz?

- Əlbəttə, yalnız uğur və rifah.

Biz eyni dinə və eyni tarixi köklərə malik xalqlarıq. Ona görə də qarşılıqlı ehtiram şəraitində yaşamalıyıq. Bəzən mətbuatda neqativ xəbərlər dərc edirlər. Düşünürəm ki, bu cür hallara fikir vermək lazım deyil. Nəzərə almalıyıq ki, iki dost xalqın münasibətlərini pozmaq istəyən qüvvələr var. Təxribat xarakterli fikir və bəyanatlara əhəmiyyət verməməliyik. Biz Azərbaycanla daim mehriban qonşuluq və dostluq şəraitində yaşamağa çalışırıq.

- Müsahibəyə görə sağ olun.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Urmiya

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru