DÜNYA


Qurğular arasında internetsiz əlaqəyə imkan verən texnologiya təqdim olunub

Bakı, 2 avqust, AZƏRTAC

“Google” şirkəti bir-birinə yaxın məsafədə yerləşmiş qurğular arasında şifrələnmiş genişzolaqlı rabitəni təmin edən “Nearby Connections API” texnologiyasının ikinci versiyasını çıxarıb.

AZƏRTAC “macdigger.ru” saytına istinadən xəbər verir ki, “Nearby” qurğular arasında əlaqə qurmaq üçün “Wi-Fi” və “Bluetooth” modullarından istifadə edir. İnternetdən istifadə edilmir.

Bu texnologiya cihazlar arasında məlumat mübadiləsinə imkan verir. Bu texnologiya çoxlu sayda insanın olduğu kiçik otaqda ünsiyyət saxlamağa kömək edəcək.

“Nearby 2.0” texnologiyası artıq bütün istifadəçilər üçün əlçatandır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.