MƏDƏNİYYƏT
Qusar Dövlət Ləzgi Dram Teatrı “Yeni zavmaq”ını may ayının sonunda təqdim edəcək
Xaçmaz, 5 may, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı yerli yazar Mirzəli Rüstəmovun əsəri əsasında hazırlanan “Yeni zavmaq” adlı tamaşanın yekun məşqlərini keçirir.
AZƏRTAC xəbər verir ki, komediya janrında olan əsərin səhnələşdirilməsində 25 nəfərlik aktyor heyəti iştirak edir. Tamaşa üçün yerli rəssamlar və dekorçular tərəfindən xüsusi dekorasiya qurulub. Tamahkar kəndli ailəsinin həyatından bəhs edən tamaşanın ideya müəllifi və rejissoru Bağır Əhmədovdur.
Teatrın bədii rəhbəri Faiq Qardaşov AZƏRTAC-a bildirib ki, yeni tamaşanın premyerası mayın 26-da Qusar şəhər Mədəniyyət evində keçiriləcək.
Premyeradan sonra teatrın kollektivi yeni tamaşanı kənd klublarında da təqdim edəcək.