REGİONLAR


Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümə iki yeni tamaşa ilə başlayacaq

A+ A

Qusar, 5 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümdə iki yeni tamaşa hazırlayacaq.

Teatrın bədii rəhbəri Faiq Qardaşov AZƏRTAC-a bildirib ki, hazırda komediya janrında olan “Arvadımın əri” tamaşasının məşqləri keçirilir. Türk ədəbiyyatının klassik yazarlarından olan Rəşad Nuri Güntəkinin əsəri əsasında səhnələşdirilən tamaşa gündəlik qarşılaşdığımız sosial münasibətlərdən bəhs edir.

45 nəfərlik aktyor heyətinin rol alacağı səhnə əsərinin quruluşçu rejissoru Bağır Əhmədovdur.

Bununla yanaşı, kollektiv yaxın günlərdə uşaqlar üçün nəzərdə tutulan tamaşaların da hazırlanmasına start verəcək. Artıq İsgəndər Coşqunun “Çal oyna“ əsərinin ssenarisi üzərində işlər tamamlanmaq üzrədir.

Qusar Dövlət Ləzgi Dram Teatr növbəti aydan qastrol səfərlərinə də çıxmağı planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.