REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrında azsaylı xalqların adət-ənənələrindən bəhs edən yeni tamaşa hazırlanır VİDEO
Qusar, 22 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrında azsaylı xalqların adət-ənənələrindən bəhs edən yeni tamaşa hazırlanır.
AZƏRTAC xəbər verir ki, teatrda yazıçı-dramaturq Asəf Mehmanın əsəri əsasında hazırlanan “Sədəf” adlı tamaşanın yekun məşqləri keçirilir. Əsərin səhnələşdirilməsində 50 nəfərlik aktyor heyəti iştirak edir.
Tamaşada ucqar dağ kəndində yaşayan iki gəncin sevgisi və yerli toy adət-ənənələrindən bəhs olunur.
Teatrın bədii rəhbəri, həmçinin tamaşanın quruluşçu rejissoru Faiq Qardaşov AZƏRTAC-a bildirib ki, azsaylı xalqların adət-ənənələrindən bəhs edən səhnə əsəri təsadüfi seçilməyib. Bu tamaşa Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar repertuara salınıb.
Yeni tamaşanın premyerası martın 1-də Qusar şəhər Mədəniyyət Mərkəzində keçiriləcək.
Premyeradan sonra teatrın kollektivi yeni tamaşanı kənd klublarında da təqdim edəcək.