REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi Moskvada iki tamaşa təqdim edib
Qusar, 1 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi Moskvada qastrol səfəri çərçivəsində iki tamaşa ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, teatrın kollektivi “Çayka” mədəniyyət evinin səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” və Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimi, yazıçı-dramaturq Asəf Mehmanın əsəri əsasında hazırlanan “Sədəf” tamaşalarını ləzgi dilində təqdim edib.
Hər iki səhnə əsəri moskvalı tamaşaçılar, xüsusilə orada yaşayan həmyerlilərimiz tərəfindən alqışlarla qarşılanıb. Bununla yanaşı, tamaşaçılara folklor qruplarının ifası və milli rəqslər də təqdim olunub.
Tamaşaları izləməyə gələnlər mədəniyyət evinin foyesində Qusarın tarixi və mədəniyyətini əks etdirən stendə baxıblar.