REGİONLAR


Qusarda hər 100 abonentdən 57-si internet istifadəçisidir

A+ A

Qusar, 20 avqust, Elxan Yusifli, AZƏRTAC

Qusar rayonunda bu ilin ötən dövründə daha 400 abonent internetə qoşulub. Bununla da rayonda internet istifadəçilərinin sayı 5 min 320 nəfərə çatıb. Bu isə ümumi abonent sayının 57 faizini təşkil edir.

Qusar rayon telekommunikasiya qovşağının rəisi Fərhad Pirmətov AZƏRTAC-a bildirib ki, rayon mövcud abonentlərin internetdən istifadə faizinə görə “Aztelekom” MMC-yə daxil olan 57 qovşaq arasında birincidir.

Hazırda rayonun ucqar yaşayış kəndlərinin rabitə və multimedia xidmətləri ilə təmin olunması üçün işlər davam etdirilir. Son yeddi ayda 12 kənd elektron ATS-ində DSLAM tipli internet avadanlıqları quraşdırılıb. Bununla da Qusar rayonunda internetə çıxışı olan kəndlərin sayı 30-a çatdırılıb. Yaxın günlərdə rayonun Ləcət kənd sakinləri də genişzolaqlı internetdən istifadə imkanı əldə edəcəklər.

Cari ildə Qusarda telefon istifadəçilərinin sayı da artaraq 9 min 335-ə çatıb. Rayonda hər 100 nəfərə 10 stasionar telefon düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.