REGİONLAR


Qusarda məktəbli qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirilir

Qusar, 24 may, Elxan Yusifli, AZƏRTAC

Qusarda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş voleybol üzrə rayon birinciliyi keçirilir.

AZƏRTAC xəbər verir ki, Qusar Olimpiya İdman Kompleksində təşkil olunan birincilikdə rayonun məktəbli qızlardan ibarət komandaları mübarizə aparır.

Qusar Rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov bildirib ki, yarışların təşkilində əsas məqsəd Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsini yad etməklə yanaşı, region gəncləri arasında voleybolu, eləcə də sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.

Yarışların qrup mərhələsində 12 komanda iştirak edib. Növbəti mərhələyə çıxan kollektivlərin mübarizəsindən sonra turnirin qalibi müəyyənləşəcək.

Birincilikdə ilk üç yeri tutan komandalar kubok, diplom və medalla təltif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.