CƏMİYYƏT


Qusarda polis əməkdaşları talassemiya xəstəliyindən əziyyət çəkən insanlar üçün qan vermə aksiyasında iştirak ediblər

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”na və Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” proqram layihəsinə uyğun olaraq paytaxtda və bölgələrdə qanvermə aksiyaları keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Qan ver, yaşat!” devizi ilə gerçəkləşən bu nəcib və humanist aksiyada daxili işlər orqanlarının əməkdaşları da fəal iştirak edirlər.

Növbəti belə tədbir Qusar Rayon Polis Şöbəsi, Şahdağ Polis Bölməsi və rayonun Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilib.

Aksiyada Qusar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Zaur Bədəlov, rəis müavinləri, eləcə də Şahdağ Polis Bölməsinin rəisi, polis mayoru Səbuhi Rüstəmov birincilər sırasında olmaqla şəxsi heyət iştirak edib. Polis polkovniki Zaur Bədəlov bu nəcib təşəbbüsə qoşulmağı səhhəti imkan verən hər bir əməkdaşın vətəndaşlıq borcu olduğunu diqqətə çatdırıb.

Polis əməkdaşları əvvəlcə tibbi müayinədən keçirildikdən sonra qan veriblər.

Gün ərzində yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.