REGİONLAR


Qusarda sərnişin avtobusu minik avtomobili ilə toqquşub, yaralananlar var

A+ A

Qusar, 14 dekabr, Elxan Yusifli, AZƏRTAC

Dekabrın 14-də səhər saatlarında Qusar rayonunda "Hyundai" markalı sərnişin avtobusu ilə "Toyota" markalı avtomobil toqquşub.

AZƏRTAC xəbər verir ki, hadisə rayonun Yuxarı Ləyər kəndi ərazisində, sərnişin avtobusu Şahdağ Turizm Mərkəzinin əməkdaşlarını işə aparan zaman baş verib.

Qəza nəticəsində "Toyota"nın sürücüsü Mühəndis Qiyasov və avtobusda olan sərnişinlər müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Qusar rayonundakı tibb müəssisələrinə çatdırılıblar.

Turizm mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Mustafayeva AZƏRTAC-a bildirib ki, əksər işçilərin xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Qəza zamanı sınıq xəsarətləri alan sürücü Mühəndis Qiyasov və iki sərnişin isə stasinor qaydada müalicə alır.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.