REGİONLAR


Qusarda taxıl biçini 10 gün ərzində başa çatdırılacaq

A+ A

Qusar, 12 iyul, Elxan Yusifli, AZƏRTAC

Şimal regionunun əsas taxılçılıq rayonlarından sayılan Qusarda biçin kampaniyası sürətlə davam edir.

AZƏRTAC xəbər verir ki, məhsulun sahələrdən vaxtında və itkisiz yığılmasını təmin etmək məqsədilə bu il biçinə yeni kombaynlar cəlb olunub. Ümumilikdə, rayon üzrə biçin kampaniyası 80-dən çox taxılbiçən kombaynın qüvvəsi ilə aparılır.

Hazırda rayonun dəmyə ərazilərində arpa biçini davam edir. Artıq 3 min hektar sahədə işlər başa çatdırılıb.

Qusarlı təsərrüfatçılar taxılın builki məhsuldarlığının qənaətbəxş olduğunu bildirirlər. Fermerlər əsasən yerli iqlim şəraitinə uyğun taxıl sortlarını becərməyə üstünlük verirlər.

Qusarda bu ilin məhsulu üçün ümumilikdə 9 min 208 hektar arpa, 18 min 812 hektar isə buğda əkilib.

Hava şəraiti əlverişli olarsa biçinin yaxın 10 gün ərzində başa çatdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.