İDMAN
Qusarın “Şahdağ” futbol klubuna yeni baş məşqçi təyin olunub
Qusar, 9 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qusarın “Şahdağ” futbol klubu ikinci dövrənin hazırlıqlarına yeni baş məşqçinin rəhbərliyi altında başlayıb.
AZƏRTAC xəbər verir ki, futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda mübarizə aparan klubun yeni təyin olunan baş məşqçisi Kamran Əlibabayevdir. Vaxtilə Qusar təmsilçisinin şərəfini futbolçu kimi qoruyan K.Əlibabayev bir müddət komandanın məşqçisi də olub. Yeni işində ona məşqçi Kamran Nurəhmədov kömək edəcək.
İlk dövrədə uğurlu çıxış edə bilməyən Qusar klubu baş məşqçisi Adil Mahmudovla yollarını ayırıb. Komanda onun rəhbərliyi altında keçirdiyi 13 oyunda 15 xal toplayaraq onuncu yerdə qərarlaşıb.
İkinci dövrənin hazırlıqlarına Şövkət Orduxanov adına Qusar şəhər stadionunda başlayan “Şahdağ” qarşıdakı günlərdə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.
Hazırda komanda fiziki hazırlıqlar üzərində çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]
“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik
- 23.04.2024 [11:20]
Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram
- 23.04.2024 [11:01]
Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq
- 23.04.2024 [10:12]
Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir
- 23.04.2024 [01:08]
“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub
- 22.04.2024 [23:01]