REGİONLAR


Qusarın daha iki kəndinə təbii qaz verilib

A+ A

Bakı, 20 iyul, AZƏRTAC 

İyulun 20-də Qusar rayonunun Yuxarı Qələnxur və Zuxul kəndlərinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 134 abonenti olan Yuxarı Qələnxur kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 min 618 metrlik polietilen, 7 min 269 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 134 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 117 abonenti olan Zuxul kəndinin qazlaşdırılması üçün isə ümumi uzunluğu 8 min 883 metrlik polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent sayğac və fərdi tənzimləyici ilə təchiz edilib.

Kənd sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.