REGİONLAR


Qusarın iki kəndinə ilk dəfə təbii qaz verilib

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 2-də Qusar rayonunun daha iki kəndinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 261 abonenti olan Ləcət və Yuxarı Tahircal kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 33 kilometrdən çox müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Sakinlər kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.